Haqqımızda

ALLITTA LLC təsis edildiyi gündən  xidmətlərinin keyfiyyəti və çox çeşidliliyi ilə fəaliyyətinin daha müsbət və səmərəli  istiqamətdə yönləndirilməsinə nail olmuşdur.  Belə ki, şirkətimiz təhsil, tərcümə, hüquqi yardım,  turizm sahəsində  yaradıcı baxışı  və işgüzar  kollektivi ilə  yüksək səviyyədə müştərilərinə xidmət göstərir. Bizim çox çeşidli xidmətlərimizdən  faydalanan vətəndaşlarımız,  turistlər,  xarici ölkə vətəndaşları  və  səyahət edən iş adamlarının yaxından hiss etdikləri etibarlı fəaliyyətimiz və onlara verdiyimiz dəstək ilə yadda qalmışıq. 

ALLITTA LLC fəaliyyətini əsasən iki istiqamətdə həyata keçirir. Şirkətin TRAVEL bölümündə peşəkar kreativ gənc əməkdaşlar müasir yanaşmaları ilə turistlərin istirahətlərinin təşkilində onlara daim kömək göstərirlər.  “ALLITTA TRAVEL”  müştərilərinə  Avstriya, İtaliya, Fransa, Yunanıstan, Monteneqro, Türkiyə,  İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə, müxtəlif turlar təşkil etməklə yanaşı, eyni zamanda  Bali adası, Keniya. Sentoza, Mavriki, Malta,  Qoa kimi ekzotik yerlərə səfərlər təklif edir.  Gürcüstan, Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “ALLITTA TRAVEL”-in müştəriləri tərəfindən xüsusi  ilə rəğbətlə qarşılanır.


 

“ALLITTA EDUCATION”-  hədəfi  YÖS, İELTS, TOEFL, xarici   dil  kursları,  dövlət qulluğuna hazırlıq  və xaricdə təhsil programlarını hazırlayaraq vətəndaşlara yüksək səviyyədə təhsil verməsidir. “ALLITTA EDUCATION” Yerli və xarici müəllimlərimiz ilə hər bir vətəndaşa xüsusi yanaşaraq qısa zamanda yüksək nəticə göstərməsi üçün dünya təhsil sisteminə inteqrasiya edir. “ALLITTA EDUCATION” maddi texniki bazası və pedaqoji heyyəti ilə Sizlərə yüksək səviyyədə təhsil verməsini hədəfləmişdir. Mərkəzimizdə  Sizlərin rahat təhsil almağınız  üçün bütün şərait yaradılmışdır. Dərslər ayrı-ayrı geniş,rahat otaqlarda tədris olunacaq. Dərs otaqları müasir texniki vasitələr ilə təchiz olunmuşdur. Beləki dərslərin gedişatını   kameralar vasitəsilə onlayn izləmə imkanına maliksiniz. Dərslər  yüksək ixtisaslı yerli və xarici peşəkar müəllimlər tərəfindən tədris edilir. Dərslər fərdi yanaşma və  interaktiv təlim metodları əsasında təşkil olunur.

 

“ALLITTA EDUCATION” Seçərək Siz qısa zaman ərzində xüsusi programlar vasitəsi ilə  asanlıqla istədiyiniz dili öyrənəcək və maksimum səviyyədə xarici dilllərdə danışıq imkanı əldə edəcəksiniz.  Hər gün təşkil olunacaq “Conversation clubs”- larda  sizin danışıq səviyyəsiniz asanlıqla yüksəldəcəkdir. 

 

 

Haqqımızda